Deputatlar Prezidenti və xanımını təbrik etdilər 

11:07 30.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Hafta.az-ın xəbərinə görə, bununla bağlı parlamentin bu gün keçirilən son plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.